Mingəçevirdə minik avtomobili yanıb

 20:40 11.09.2021     357

Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Redaktor.az-a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.