Gəncə sakini özünə xəsarət yetirib

 22:13 11.09.2021     491

Gəncə sakini, 1973-cü il təvəllüdlü Əliyev Yaşar Müzəffər oğlu özünə xəsarət yetirib.

Redaktor.az-ın məlumatına görə, hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb.

O, hər iki qolların kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Xəstənin yaraları tikilib, vəziyyətinin kafi olduğu bildirilir.

Onun özünə hansı səbəbdən xəsarət yetirməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır. //APA

Vumart və Güvən reklamı Vumart Güvən