Batma təhlükəsi ilə üzləşən iki nəfər xilas edildi

 23:16 11.09.2021     626

Bu gün "Şüvəlan" və “Yevlax” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.

Bu barədə Redaktor.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Xilasetmə əməliyyatı FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aparılıb.