Bakıda yaşayış binasında təhlükə yarandı

 17:18 12.09.2021     118

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının çöl divarına bərkidilən kondisionerin mühərrikinin yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Redaktor.az FHN-ə istinadən xəbər verir.

Sakinlərin və ərazidən keçən vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri qeyd olunan ünvana cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində yaranmış təhlükə aradan qaldırılıb.