Salyanda avtomobil yeniyetməni vuraraq öldürüb

Salyan rayonunda 16 yaşlı yeniyetməni avtomobil vuraraq öldürüb.
Redaktor.az-ın məlumatına görə, hadisə Salyan rayonunun Düzənlik kəndində qeydə alınıb.
Həmin kəndin sakini, 2005-ci il təvəllüdlü Əliyev Məhəmməd Rövşən oğlunu "Ford" markalı avtomobil vurub. Yaralı hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır. //APA