Bakıda koronavirus yayanlar saxlanıldı - VİDEO

 18:26 13.09.2021     439

Bakııda koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, Suraxanı rayon Polis İdarəsinin əməkdaşları xidməti ərazidə profilaktik tədbir keçirən zaman üç nəfər koronavirus xəstəsi saxlanılıb. Araşdırma zaman onların aktiv koronavirus xəstəsi kimi qeydiyyatda olan paytaxt sakinləri G.Alidarova, Vasif Bayramlı, Ramiz Əhmədov olduqları müəyyən edilib.

Onların analizlərinin cavablarının pozitiv çıxmasına və evdə müalicəyə cəlb olunmalarına baxmayaraq bu tələblərə məhəl qoymayıb yaşadıqları ünvanları tərk ediblər. Həmin şəxslər aidiyyəti üzrə təhvil verilməklə, müalicə təyin olunan ünvana yerləşdiriliblər.

Xəstəliklərin yayılması üçün real təhlükə yaradan şəxslər barəsində qanunvericiliyə uyğun olaraq araşdırmalar davam etdilir.

Küçədə tapılan koronavirus xəstələri