Azərbaycanda doğuş zamanı ana öldü

 22:10 13.09.2021     539

Cəlilabad rayonunda doğuş zamanı ana ölümü baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb.

İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Onun övladı isə sağdır.

Mərhumun ailəsi övladlarının ölümündə həkim səhlənkarlığının olmasını iddia edirlər.

Faktla bağlı araşdırma aparılır. //Report

Vumart və Güvən reklamı Vumart Güvən