Goranboyda yol qəzası - xəsarət alanlar var

 11:52 14.09.2021     1349

Goranboy rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Şəfəq kənd ərazisində qeydə alınıb.

"VAZ-21015" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 2 nəfər müxtəlif bədən xəsarət alıb.

Onların hər ikisi xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb (report).