Ağdamda iki uşağı ilə itkin düşən qadın tapıldı

 21:37 14.09.2021     370

Ağdamda 2 azyaşlı oğlu ilə yoxa çıxan qadın tapılıb.

Redaktor.az xəbər verir ki, Ağdam rayon sakini Ruqiyyə Əliyevanın atası Həmid Əliyevin verdiyi məlumata görə, onun qızı qohumluq əlaqəsi olan oğlanla ailə qurmaq məqsədi ilə qaçıb.

İlkin ifadəsində hər iki gənc valideynlərindən qorxduğu üçün getmələri barədə məlumat verməyiblər.

Qeyd edək ki, R.Əliyeva iki gün əvvəl Ağdam rayonunun Bənövşələr qəsəbəsində ata evindən 2 azyaşlı uşağı ilə çıxıb və geri qayıtmayıb. Bu barədə hüquq-mühafizə orqanlarına da məlumat verilmişdi.