Bakıda gənc oğlan yol qəzasında xəsarət aldı

 06:17 15.09.2021     679

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Ağayev Rəşad Vaqif oğlunun idarə etdiyi motosiklet avtomobillə toqquşub. Hadisə zamanı xəsarət alan R.Ağayev təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bazu sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır. //Report