Bakıda gənc döyülərək qətlə yetirilib - FOTO

 00:59 16.09.2021     200

Bakının Xətai rayonunda qətl hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində qeydə alınıb.

Məhəmməd Hadi küçəsi 74, mənzil 94 ünvanında yaşayan 1994-cü il təvəllüdlü Hüseynov Hüseyn Faiq oğlu hələlik adı, soyadı bilinməyən şəxs tərəfindən döyülərək ağır xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, o dünyasını dəyişib.

Fakt Xətai Rayon Prokurorluğu tərəfindən araşdırılır. //APA