Ağstafada ağır yol qəzası - Yaralılar var

 08:26 18.09.2021     701

Ağstafada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Redaktor.az-ın məlumatına görə, hadisə Ağstafa şəhərində baş verib.

Rayon bazarı yaxınlığında "Shacman" markalı yük maşını yol kənarında dayanan iki minik avtomobillərinə çırpılıb. Qəza nəticəsində 1 nəfər - 1994-cü il təvəllüdlü Elmar Cəfər oğlu Bayramov xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb. //Report