Salyan sakinləri "patı" ilə tutuldu - FOTO

 10:17 18.09.2021     398

Salyan sakinlərindən "patı" aşkarlandı.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Redaktor.az-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri İslam Zeynalov və Sadiq Süleymanov saxlanılıblar. Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Salyan RPŞ-də araşdırmalar davam etdirilir.

 

2