Keçmiş məhkum narkotiklə tutuldu - FOTO

 12:51 18.09.2021     225

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən psixotrop maddələrin qanunsu dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat keçirilib.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Redaktor.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Zaqatala şəhər sakini, əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Vasif Bagiryani şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı ondan psixotrop maddə olan metamfetamin aşkarlanıb. Götürülmüş maddi sübut müvafiq ekspertizaya təqdim olunub.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.