Qaxda ev yanıb

Qax rayonunun Əmircan kəndində ümumi sahəsi 392 m² olan ikimərtəbəli (hər mərtəbəsi 196 m²) evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 8 m² sahədə, dam örtüyü 196 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən(FHN) Redaktor.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.