Ağdaşda avtomobil 13 yaşlı qızı vurub

 23:18 19.09.2021     512

Ağdaş rayonunda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, avtomobil yolu keçən 2008-ci il təvəllüdlü Çələbiyeva Arzu Tofiq qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır. //Report