Tovuzda qanunsuz ov edən şəxs saxlanıldı - FOTO

 16:01 20.09.2021     98

Tovuz rayonunda qanunsuz ov edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) Redaktor.az-a verilən məlumata görə, sentyabrın 19-da qanunsuz ov etdiyinə görə Tovuz rayon Polis Şöbəsinin əməkdaşları rayonun Əlimərdanlı kənd sakini İftixar Səmədov saxlanılıb.

Araşdırmalarla onun özünə məxsus müvafiq sənədləri olan Toz 87 markalı tüfənglə Kür çayının rayon ərazisindən keçən hissəsində müvafiq icazəsi olmadan qadağan olunmuş zamanda və məkanda ov etməsi müəyyən olunub. İ. Səmədov saxlanılıb, ona məxsus ov tüfəngi və ovladığı 2 ədəd çöl dovşanı maddi sübut kimi götürülüb.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

2