Abşeronda piyadanı avtomobil vurdu

 01:22 21.09.2021     199

Abşeron rayonunda yoldan keçən orta yaşlı kişini avtomobil vuraraq ona ağır xəsarət yetirib.

Redaktor.az xəbər verir ki, hadisə Məhəmmədi qəsəbəsində baş verib.

Belə ki, 1988-ci il təvəllüdlü İmaməliyev Rafiq İdrisxan oğlu yolu keçərkən onu minik avtomobili vurub. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsi araşdırma aparır. //APA