Gəncədə piyadanı avtomobil vuraraq öldürdü

 19:34 21.09.2021     216

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Redaktor.az-ın məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən qadın piyadanı "Hyundai" markalı avtomobil vurub. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb. //Report