Şəkidə 15 yaşlı məktəbli öldü

 11:46 22.09.2021     355

Şəkidə 15 yaşlı məktəbli ölüb.

Redaktor.az-ın məlumatına görə, hadisə rayonun Kiş kəndində qeydə alınıb.

Məlumata görə, 2006-cı il təvəllüdlü Faiq Abdullayev yaşadığı evin həyət qapısının bağlı olduğu üçün hasardan həyətə keçmək istəyib. 15 yaşlı məktəblinin hasardan yıxılaraq öldüyü ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən