Bakıda 2 moped belə TOQQUŞDU / VİDEO

 18:47 22.09.2021     285

Bakıda baş verən moped qəzasının görüntüləri yayılıb.

Redaktor.az xəbər verir ki, qəza gecə saatlarında paytaxtın mərkəzi küçələrinin birində qeydə alınıb. Yolayrıcında hərəkət istiqamətləri kəsişən iki moped toqquşub.

Qəza anı yaxınlıqdakı təhlükəsizlik kamerasına düşüb. Görüntülərdən də aydın olur ki, qəza törədən moped işıqforun qırmızı işığına məhəl qoymayaraq hərəkətə davam edib.

Hadisə zamanı ölən və yaralananların olması barədə məlumat yoxdur. //Lent.az

Görüntüləri təqdim edirik: