Cəlilabadda ev yandı

 19:59 22.09.2021     526

Cəlilabad rayonunda yaşayış evində yanğın başlayıb.

Redaktor.az-ın məlumatına görə, yanğın rayonun Çünəxanlı kəndində qeydə alınıb.

Hadisə yerinə Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər aparılır. //Report