Vətən müharibəsi qazisinin evində yanğın oldu - FOTO

 22:14 22.09.2021     768

Zaqatala rayonunda fərdi yaşayış evində yanğın baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə bu gün axşam saat 19:18-də qeydə alınıb.

Rayonun Yuxarı Tala kənd sakini Ələddin Xaliddin oğlu Osmanova məxsus, ümumi sahəsi 100 kv/m olan kürsülü 3 otaqdan ibarət fərdi yaşayış evində baş vermiş yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları 60 kv/m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, ev sahibi Ələddin Osmanovun oğlu Elvin Osmanov Vətən Müharibəsi iştirakçısıdır. E.Osmanov Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə yaralanıb. //APA