Goranboyda qətl törədildi - Qudasını "Niva" ilə vurub öldürdü

 23:12 22.09.2021     974

Goranboy rayonunda yerli sakin öldürülüb.

Redaktor.az xəbər verir ki, 1966-cı il təvəllüdlü Fərrux Qasımov qəsdən “Niva” markalı avtomobillə vurularaq öldürülüb. Hadisəni törətməkdə şübhəli bilinən Goranboy rayonunun Buzluq kənd sakini, 1956-cı il təvəllüdlü Əmirastan Nağıyev saxlanılıb.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, yerli sakinlərdən aldığımız məlumata görə, Fərrux Qasımovla Əmirastan Nağıyev qudadırlar. Hadisəni törətməkdə şübhəli bilinən Əmirastan Nağıyev İkinci Qarabağ müharibəsi şəhidi gizir Vüsal Nağıyevin atasıdır. Qudalar arasında öncədən münaqişə olduğu bildirilir.