Zaqatalada çayda batan şəxsin meyiti tapıldı - VİDEO

 19:05 23.09.2021     95

Sel nəticəsində Katexçay çayının Zaqatala rayonunun Mazıx kəndindən keçən hissəsində batan 1968-ci il təvəllüdlü Abdulxalıqov Abdulbari Müslüm oğlunun cəsədi çaydan götürülərək aidiyyəti üzrə təhvil verilib.

Bu barədə Redaktor.az-a FHN-dən bildirilib.

Qeyd olunub ki, onun axtarışlarına helikopter cəlb edilmişdi.

Bildirilib ki, ötən gecə saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsinə yağan intensiv yağışlar nəticəsində bir sıra dağ çaylarında sululuğun artması, qısamüddətli sel və daşqın müşahidə olunub, Balakən və Zaqatala rayonlarının bir neçə yaşayış məntəqəsində bəzi fərdi evlər, həyətyanı və əkin sahələri, digər obyektlər və onların ətrafı subasmaya məruz qalıb.

Yaranmış vəziyyətlə əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin bir ədəd helikopteri xilasetmə, suçəkmə və digər təxirəsalınmaz tədbirlərin görülməsinə cəlb olunub.

Hazırda Nazirliyin qüvvələri tərəfindən su basmış ərazilərdə, əsas etibarilə, suçəkmə işləri həyata keçirilir.