Şirvanda yol qəzasında qadın ağır xəsarət aldi

 00:21 24.09.2021     226

Şirvanda baş verən yol qəzasında 26 yaşlı qadın ağır xəsarət alıb.

Redaktor.az-ın məlumatına görə, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb.

“VAZ 21011” və “VAZ 2106” markalı avtomobillər işıqforda toqquşub. Nəticədə avtomobillərdən birində olan sərnişin, Şirvan sakini, 1995-ci il təvəllüdlü Qarayeva Xəyalə İmdad qızı ağır xəsarət alıb.

Şirvan şəhər xəstəxanasına yerləşdirilən yaralı əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.