Ağstafa 4 otaqlı ev yandı

 01:22 24.09.2021     233

Ağstafa rayonunun Poylu qəsəbəsində ümumi sahəsi 190 m² olan birmərtəbəli 4 otaqlı evin və bitişik ümumi sahəsi 60 m² olan talvarın yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər və qonşu evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.