İyulda itkin düşən Daşkəsən sakinlərinin meyitləri tapıldı

 18:57 24.09.2021     241

İyul ayında itkin düşən Daşkəsən rayon sakinlərinin meyitləri tapılıb

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məlumat verib.

Məlumata görə, Daşkəsən rayon Polis Şöbəsinin və ANAMA əməkdaşlarının iştirakı ilə keçirilən axtarış tədbirləri nəticəsində iyul ayının 30-da itkin düşmüş Daşkəsən rayon Alaxançallı kənd sakinləri 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovun minaya düşmüş cəsədləri Göygöl rayonunun Kəlbəcər rayonu ilə sərhədində, minalanmış ərazidə aşkarlanıb.

Bildirilib ki, hava şəraiti ilə bağlı onların nəşinin ərazidən çıxarılması hələlik mümkün olmayıb.