Göyçayda avtomobil yanıb

 17:08 25.09.2021     299

Göyçay rayonunda minik avtomobili yanıb.

Redaktor.az-ın xəbərinə görə hadisə bu gün saat 16:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay şəhərindən keçən hissəsində, Göyçay çayı üzərindəki körpüdə qeydə alınıb. Göyçay sakini Ağayev Fuad Pənah oğlu idarə etdiyi "VAZ 2106" markalı yük avtomobili ilə hərəkətdə olarkən qəflətən maşının mühərrik hissəsindəki elektrik naqilində qısa qapanma nəticəsində yanğın baş verib. Alov qısa vaxtda avtomobilin hər tərəfini əhatə edib. Yanğın zamanı sürücü xəsarət almasa da avtomobil yanaraq yararsız hala düşüb. Hadisə yerinə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın tamamilə söndürülüb. //APA