Bakıda qeyri-yaşayış sahəsində yanğın baş verdi - FOTO

Bakının Nəsimi rayonunda yanğın hadisəsi qeydə alınıb.
Redaktor.az xəbər verir ki, Mirzəağa Əliyev küçəsi 245 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin şaxtasında tüstülənmə ilə müşahidə edilən yanğın baş verib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət yanğından mühafizə xidmətinin əməkdaşları cəlb edilib.
Əhatə dairəsi 6 kv olan şaxtada yanğının qarşısı alınıb. //APA