Qadın çörək doğrayarkən BIÇAQ BUDUNA GİRDİ

 09:03 26.09.2021     369

Tovuzda qadın xəsarət alıb.

Redaktor.az-ın məlumatına görə, hadisə rayonun Qaraxanlı kəndində qeydə alınıb.

1995-ci il təvəllüdlü Fətahlı Səbinə Nüsrət qızı bud nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadının yarası tikilib, vəziyyətinin kafi olduğu bildirilir. 
Qadının dediyinə görə, çörək doğrayan zaman ehtiyatsızlıqdan bıçaq ayağına xəsarət yetirib. 

Faktla bağlı araşdırma aparılır. //APA

Vumart və Güvən reklamı Vumart Güvən