Salyanda oğurluq edən şəxs saxlanıldı

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabr ayının 23-də rayonun Arbatan kəndi ərazisində yerləşən mağazaların birindən müxtəlif növ elektrik avadanlıqları oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Natiq Zülfüqarov saxlanılıb.
Daxili İşlər Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, saxlanılan şəxs dindirilmə zamanı törətdiyi oğurluq hadisəsini etiraf edib.
Faktla bağlı Salyan rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.