Sumqayıt sakinində heroin aşkar edildi

 13:57 26.09.2021     391

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Redaktor.az-a verilən məlumata görə RPŞ əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini Elməddin Fərəcovu saxlayıblar. Həmin şəxsin avtomobilinə baxış zamanı narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı RPŞ-də cinayət işi başlanılıb.