Bakıda 75 yaşlı kişi evində ölü tapıldı

 15:14 26.09.2021     200

Binəqədidə 75 yaşlı kişi evində ölü tapılıb.

Redaktor.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1946-cı il təvəllüdlü Məmmədov Rüstəm Qaraş oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.