Saatlıda mağaza yandı - FHN

 18:14 26.09.2021     467

Saatlı rayonunun Sarıcalar kəndində ümumi sahəsi 100 m² olan mağazanın yanar konstruksiyaları və içərisində ərzaq malları yanıb.

Redaktor.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadla bildirir ki, yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Vumart və Güvən reklamı Vumart Güvən