Goranboyda ölümlə nəticələnən yol qəzası

 10:04 28.09.2021     1262

Goranboyda yol kənarında “KamAZ” markalı yük maşınının sürücüsü avtomobilinin təkərini dəyişərkən hərəkətdə olan digər avtomobil tərəfindən vurulub.

Redaktor.az xəbər verir ki, hadisə Dəliməmmədli şəhəri yaxınlığında baş verib. “KamAZ”ın sürücüsü, Daşkəsən rayon sakini, 1983-cü il təvəllüdlü Əsgərov Fikrət İsa oğlu aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır (apa).