Tovuzda məktəblini maşın vurdu

Tovuz rayonunda məktəblini avtomobil vurub.
Redaktor.az xəbər verir ki, hadisə rayonun Əbulbəyli kənd məktəbinin önündə baş verib.
Kənd sakini, 9 yaşlı R.Sadıqovu avtomobil vurub. O, müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.