Goranboyda yol qəzası - Xəsarət alanlar var

 20:37 03.10.2021     806

Goran -Tərtər avtomobil yolunun Məşədiqaralar kəndi yaxınlığından keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, qəza nəticəsində xəsarət alan iki nəfər – Samux rayon sakini, 1984-cü il təvəllüdlü Nəbiyeva Elnurə Ruzvet qızı və Tərtər rayon sakini, 1962-ci il təvəllüdlü Mirzəyev Canbala Kamil oğlu xəstəxanaya yerləşdiriliblər.

Sağlamlıq durumu daha ciddi olan Elnurə Nəbiyeva Gəncədəki klinikalardan birinə köçürülüb.

Faktla bağlı araşdırma aparılır (apa).

Vumart və Güvən reklamı Vumart Güvən