Gürcüstanda azərbaycanlı ailənin həyətinə qumbaralar atıldı

 11:18 04.10.2021     399

Gürcüstanda Laqodexi bələdiyyəsinin azərbaycanlılar yaşayan Qabal kəndində Məmmədovlar ailəsinin yaşayış evinin həyətinə iki əl qumbarası atılıb.

Redaktor.az xəbər verir ki, hadisə zamanı həyətdəki avtomobilə ziyan dəyib.

İlkin məlumatlara əsasən, xəsarət alan olmayıb.

Hadisəyə kənd bazarında payla bağlı mübahisənin səbəb olduğu bildirilir (report).