Türkiyədə zəlzələ oldu

 21:38 04.10.2021     409

Türkiyənin Muğla vilayətinin Datça rayonunda rixter cədvəli üzrə 4.3 bal gücündə zəlzələ baş verib.

Redaktor.az xəbər verir ki, məlumatı Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) yayıb. Bildirilir ki, yeraltı təkanın episentri Egey dənizi sahilindən 8.09 kilometr aralıda olub. Dağıntı və tələfat barədə məlumat verilməyib.

Qeyd edək ki, son günlər Egey dənizi bölgəsində seysmoloji gərginlikdə yenidən artım müşahidə olunur.