"BakuBus"a məxsus avtobus piyadanı vurub öldürdü - FOTO

 23:04 04.10.2021     469

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

Redaktor.az xəbər verir ki, hadisə Bakı Dairəvi yolunun Yeni Yasamal yaşayış massivi ərazisinə düşən hissəsində baş verib.

211 nömrəli marşrut xətti üzrə hərəkət edən "Iveco" markalı sərnişin avtobusunun qarşısına qəfildən piyada çıxıb. Sürücü idarəetməni itirərək piyadanı vurub. Nəticədə 30-35 yaşlı kişi hadisə yerində keçinib. Avtobusda olan sərnişinlər təxliyə edilib.

Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub.

Baş vermiş hadisə ilə bağlı BNA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mais Ağayev bildirib ki, 211 nömrəli marşrut xətti üzrə avtobus hərəkətdə olan zaman bir nəfər piyada müəyyən olunmayan yerdən keçərkən qəfildən avtobusun qarşısına çıxıb. Hadisə nəticəsində avtobusdakı sərnişinlərdən xəsarət alan olmasa da piyada, təəssüf ki, həyatını itirib: "Bir daha piyadalara müraciət edərək bildirmək istərdim ki, piyada keçidi olmayan yerdə, sürət həddi yüksək olan yollarda son dərəcə diqqətli olsunlar" (apa).