Bərdədə məktəb binası uçdu - FOTO

 15:21 07.10.2021     624

Bərdə rayonunda məktəb binası uçub.

Redaktor.az-ın məlumatına görə, hadisə rayonun Mehdili kənd tam orta məktəbində baş verib. Mehdili kənd ərazi nümayəndəsi, Rəhim Kazımov "apa"ya bildirib ki, məktəb binası 3 gündür ki, hissə-hissə uçmağa başlayıb. Sonuncu uçqun idman zalında baş verdiyi üçün xəsarət alan olmayıb.

200 şagirdin təhsil aldığı 360 yerlik məktəb binasının növbəti ildən tikintisinə başlanacaq.

R. Kazımov onu da bildirib ki, şagirdlərin təhsilini davam etdirməsi üçün ən qısa müddətdə sinif otaqları quraşdırılacaq.