Bakıda 2 gün əvvəl təmir olunan yol yenidən qazıldı - FOTO

 16:17 07.10.2021     1144

Paytaxtın yenicə təmir olunan Ceyhun Səlimov küçəsinin bir hissəsində yenidən qazıntı aparılıb. Bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Redaktor.az-a verilən məlumata görə, sözügedən ərazidə yolun altından keçən elektrik xəttində qəza baş verib: "Təəssüf ki, küçənin yan yolunda hərəkət hissənin qazılması məcburiyyəti yaranıb. Hazırda aidiyyəti qurum tərəfindən qəza aradan qaldırılır".

Qeyd edək ki, Ceyhun Səlimov küçəsinin 3-cü mikrorayon dairəsindən Əbdülvahab Salamzadə küçəsinin kəsişməsinədək olan 565 metr uzunluğa malik hissəsində təmir işləri 2 gün əvvəl başa çatdırılmışdı.

 

İki gün əvvəl çəkilən yol niyə qazılıb? - SƏBƏB (FOTO) - Gallery Image

İki gün əvvəl çəkilən yol niyə qazılıb? - SƏBƏB (FOTO) - Gallery Image