Xırdalanda çoxmərtəbəli binada YANĞIN

 23:04 07.10.2021     2001

Xırdalan şəhərində çoxmərtəbəli binada yanğın hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən yaşayış binasının 11-ci mərtəbəsinin eyvanında qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Gülçin Mehdiyeva "apa"ya bildirib ki, "112" qaynar xətt nömrəsinə sözügedən binada yanğın olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal hadisə yerinə cəlb olunub.

Qurum rəsmisi qeyd edib ki, qısa müddətdə alovun qarşısı alınıb, yanğın digər mənzillərə keçməyib.

Hadisə zamanı xəsarət alan olmayıb.