Goranboyda yol qəzası - Xəsarət alanlar var

 22:12 08.10.2021     1985

Goranboyda yol qəzası olub.

Redaktor.az xəbər verir ki, hadisə Şəfəq kəndində qeydə alınıb. "VAZ-21099" markalı avtomobilin digər avtomobillə toqquşması nəticəsində "VAZ-21099"un sürücüsü, 1992-ci il təvəllüdlü R.Namazov xəsarət alıb. Yaralı xəstəxanaya aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qəza nəticəsində digər avtomobildə olan 1 nəfərin də xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb (report).