Goranboyda ağır qəza - ölən və yaralananlar var - YENİLƏNİB - FOTO

 23:35 09.10.2021     1809

Goranboy rayonunun Xan Qərvənd kəndində qeydə alınmış yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.

Redaktor.az xəbər verir ki, qəza zamanı xəsarət alanlar, hadisə yerində dünyasını dəyişən 35 yaşlı Pərvin Abbasovun həyat yoldaşı, habelə övladları -  2017-ci il təvəllüdlü Abbaslı Abbas Pərvin oğlu, 2015-ci il təvəllüdlü Kamalə Abbasova, 2013-cü il təvəllüdlü Seval Abbasovadır.

Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdiriliblər. Onların vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, kənddə 3 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi olub. Toqquşmadan sonra P.Abbasov və ailəsinin olduğu avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəzada daha 1 nəfərin də xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb (report).

***

Goranboyda ölümlə nəticələnən yol qzəası baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Xan Qərvənd kəndi istiqamətindən keçən yolda baş verib.

İdarəetmədən çıxan minik maşını yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 35 yaşlı Pərvin Rəfi oğlu Abbasov hadisə yerində keçinib. Maşında olan ailənin digər üzvləri - qadın və uşaqlar yaralı vəziyyətdə Gəncədə yerləşən klinikalardan birinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır (apa).

 

2