Qazaxıstanda təyyarə qəzaya uğradı

 16:42 17.10.2021     1389

Qazaxıstanın Almatı şəhəri yaxınlığında – Balxaş gölünün cənubunda “Cessna 182” tipli kiçik motorlu təyyarə havaya qalxarkən qəzaya uğrayıb.

Redaktor.az  xəbər verir ki, bu barədə ölkənin Sənaye və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təyyarə xüsusi reys yerinə yetirirmiş.

Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Təyyarə isə tamamilə yararsız hala düşüb.