Çaydan kişi meyiti tapıldı

 15:56 03.11.2021     137

Göygöl rayonunda kişi meyiti tapılıb.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Almədətli kəndində qeydə alınıb. Ərazidən axan çayda 40-50 yaşlarında olan kişinin meyiti aşkarlanıb.

Həmin şəxsin 1971-ci il təvəllüdlü Bakı şəhər sakini Bəxtiyar Kazımov olduğu bildirilir. Onun hündürlükdən yıxılaraq çaya düşdüyü ehtimal edilir.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir (report).