Bakı polisi narkotik əməliyyatı keçirdi - 61 nəfər saxlanıldı

 18:29 03.11.2021     199

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının cari ilin oktyabr ayı ərzində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zabrat, Bakıxanov, Balaxanı və digər qəsəbələrində narkotik vasitələrin qanunuz dövriyyəsi ilə məşğul olan daha 61 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Redaktor.az-a verilən xəbərə görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərdən 27 nəfəri haqqında Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Həmin şəxslər barəsində məhkəmə orqanları tərəfindən həbs qətimkan tədbiri seçilib. 26 nəfər barəsində polisin nəzarəti altına vermə və digər növdən olan qətimkan tədbirləri seçilib. Saxlanılanlardan 8 nəfəri barədə isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi isə protokollar tərtib edilib və onlar cərimə olunublar. Saxlanılan şəxslərdən ümümilikdə 2 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddələr aşkar edilib.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı isə Maştağa qəsəbəsindəki telefon-rabitə qovşağına məxsus məxsus 2223 metr uzunluğunda yeraltı kabellərin oğurlayan şəxslər saxlanılıblar. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Həmzəli Daşdəmirov, Faiq Həbibov və Vaqif Atakişiyev qısa müddətdə müəyyən edilərək saxlanılıblar. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların telefon-rabitə xəttinə ümümilikdə 3000 manatdan artıq maddi ziyan vurduqları məlum olub.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı isə Nardaran qəsəbəsində yerləşən marketlərdən birindən 160 bağlama ümumi dəyəri 5000 manat olan tütün məhsulları oğurlayan şəxslər saxlanılıblar. Əməliyyat zamanı həmin oğurluğu törətməkdə şübhəli bilinən Azər Orucov. Tunar İbrahimov və əvvəllər məhkum olunmuş Çarpaz Muradlı tutulublar. Bu şəxslər ifadələrində törətdikləri hadisəni etiraf ediblər.

Qeyd olunan faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. Narkotik vasitələrin dövriyyədən çıxarılması və qeydə alınan digər hüquqazidd əməlləri törədən şəxlərin ifşa edilməsi istiqamətində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyatlar tədbirləri davam etdirilir.