Şirvanda ana və qızı dəm qazından zəhərləndi

 22:47 03.11.2021     548

Şirvanda ana və qızı dəm qazından zəhərlənmə diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirlib.

Redaktor.az xəbər verir ki, hadisə şəhərin 28 may küçəsində yerləşən mənzildə baş verib.

Şirvan şəhər sakini, 1991-ci il təvəllüdlü Pənahova Susanə Vidadi qızı və onun qızı 2010-cu il təvəllüdlü Nərmin dəm qazından zəhərlənmə diaqnozu ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib (apa).